+99470 570 30 30


Haqqımızda

Yəqin ki, işinizi bazara çıxara biləcəyiniz yüzlərlə yoldan hansını seçmək barədə qərarsız qalmısınız.
Bəlkə də haradan başlayacağınızı bilmirsiniz? Ola bilər ki, yeni marketinq strategiyalarından xəbərsizsiniz. Və ya biznesinizi rəqəmsal dünyaya inteqrasiya etməkdə çətinlik çəkirsiniz. Təəssüf ki, təsadüfi marketinq yanaşmalarını sınama və marketinq büdcəsini boş yerə istifadə etmə hallarına çox rast gəlirik. Tez-tez işə yaramayan marketinq strategiyalarına pul xərcləyən sahibkarlarla və ya fiziki şəxslərlə qarşılaşır və problemin doğru həlli üçün çalışırdıq.
Belə bir nəticəyə gəldik ki, istər uzun müddətdir fəaliyyət göstərən bir şirkət, istər yeni fəaliyyətə başlamış bir müəssisə, istərsə də kariyerasını bu sahədə qurmağa başlayan bir şəxs olsanız da, problemləriniz çox oxşardır:
Yeni müştərilər əldə etmək üçün ən effektiv marketinq strategiyaları hansılardır?
Hansı marketinq metodları marketinq büdcənizə qənaət edəcək və hansı metodları heç bir nəticə vermədən büdcənizi boşaldacaq?
Dünya praktikasında pozitiv nəticələr verən marketinq strategiyaları yerli bazar üçün uyğundurmu?
Yerli bazar üçün daha uğurlu olacaq praktiki həllər hansılardır?
Marketing Masterclass bu problemlərin kompleks həlli üçün fəaliyyətə başlayır! Bizim marketinqin müxtəlif sahələrini əhatə edən təlimlərimiz sizin spesifik problemlərinizin həlli üçün şərait yaradacaq! Əgər təlimlərdə öyrəndiyiniz nəzəri və təkrarçı bilikləri real bazara inteqrasiya edə bilməməkdən yorulmusunuzsa, tam da doğru ünvandasınız. Çünki masterklass yerli bazara uyğunlaşdırılmış praktiki həllərlə sizin köməyinizə çatacaq! Təlimlərimiz Marketinqin Əsasları, Sosial Media Marketinqi (SMM), Rəqəmsal Marketinq və Bazar Araşdırması proqramlarından ibarətdir. Tezliklə başlayan SMM və Rəqəmsal Marketinq təlimlərimiz üçün yerlərinizi alın, özünüzə və biznesinizə investisiya etməyə elə indi başlayın!

Kurslar

Marketinqin əsasları

Rəqəmsal marketinq

Sosial media marketinqi

Bazar araşdırması

Marketinqin əsasları

Biznesinizi bazara necə çıxartmağınız onun uğurlu olub-olmayacağını biləvasitə müəyyənləşdirir. Marketinq tələb, aktuallıq, nüfuz, rəqabət və daha çoxunu yaratmaq və qorumaq üçün istifadə olunan bir vasitədir. Marketinq olmadan biznesinizin rəqiblərdən geri qalması və satışda azlıq müşahidə etməsi ehtimalı böyükdür.
Bu səbəbdən bir çox müxtəlif sahədən olan mütəxəssislərin maraq dairəsində olan Marketinqin Əsasları təlimi ilə qarşınızdayıq!
Bu təlim, seqmentləşdirmə, fərqləndirmə strategiyaları, hədəf marketinqi və bazar mövqeyinin müəyyənləşdirilməsi mövzularını geniş əhatə edir. Bütün bunlar günümüzün mürəkkəb qlobal mühi- ti kontekstində öyrədilir və yerli bazara inteqrasiyası təmin olunur.
Bununla da önə çıxan bir biznes və ya reklam fürsətini analiz edə və bu fürsətdən maksimum yararlan- maq üçün marketinq planını yaza biləcəksiniz.

Rəqəmsal marketinq

Azərbaycanda mövcud olan ən əhatəli rəqəmsal marketinq təlimlərindən O birinə xoş gəlmisiniz. SEO (Axtarış Sistemi Optimizasiyası), YouTube Marketin- qi, Facebook Marketinqi, Google Ads, Google Analytics və daha çoxunu əhatə edəcəyik! Praktiki metodika ilə öyrəndiklərinizi tətbiq edərək təkmilləşdirin.
ÖYRƏNMƏYİN ƏN YAXŞI ÜSULU ETMƏKDİR.
Təlimin hər bölməsinə daxil edilmiş layihələr, praktiki tətbiqlər təlimi olduqca interaktiv edir. Bütün əsas marketinq kanallarında bir işi sıfırdan onlayn ola- raq necə qurmağı və inkişaf etdirməyi addım-addım öyrənəcəksiniz.
Ən əsas rəqəmsal marketinq mövzularını əhatə edən və nəzəri mühazirələrlə yanaşı praktiki fəaliyyətlərdən ibarət olan masterclass sizə qısa zaman ərzində bu sahədə böyük inkişaf yolu keçməyinizə kömək edəcək.

Sosial media marketinqi

Sosial Media Marketinqi sahəsində uğurlu olmaq istəyirsinizsə, bu təlim tam da sizin üçündür! Facebook, Twitter, Instagram, YouTube, LinkedIn - sosial media üzərində hər bir kanalda marketinq etməyi bu masterklass-da ətraflı şəkildə əhatə edəcəyik! Reklam strategiyalarınızı düzgün seçərək xərclərinizi azaldacaq, gəlirlərinizi artıracaqsınız. Bununla da, biznes sahibləri əllərindəki resurslardan istifadə edərək minimum xərclə satış rəqəmlərini dəfələrlə artırmağa nail olacaq.
SOSİAL MEDİA HESABLARININ OPTİMALLAŞDIRILMASI BÜTÜN MARKETOLOQLAR VƏ SAHİBKARLAR ÜÇÜN LAZIMLI BİR BACARIQDIR.
Bu proqram müddətində öyrənəcəkləriniz orijinal, sınanmış və olduqca geniş əhatəlidir! Ən effektiv Sosial Media Marketinq strategiyalarını, o cümlədən sizin və ya brendiniz üçün hansı sosial media platformalarının daha uyğun olduğunu aydınlaşdıraraq paylaşımlarınızın yüksək nəticə verdiyinin şahidi olacaqsınız.

Bazar araşdırması

Hər bir şirkət müştərilərinin kim olduğunu, onların məhsullarını niyə aldıqlarını və niyə almadıqlarını bilmək istəyir.
Bunları bilmək yalnız düzgün bazar araşdırması ilə mümkün olur!
Bazar araşdırması, müştərilərin tələbləri və istəkləri haqqında məlumat topla- maq, bu məlumatları təhlil etmək və məhsulun / xidmətin inkişafı üçün nəticələri tətbiq etməkdən ibarət sistematik bir prosesdir. Bazar araşdırmalarında təhlillərlə yanaşı statistik metodlardan da istifadə oluna bilər.
TƏLİM KİMLƏR ÜÇÜNDÜR?
1. BAZAR ARAŞDIRMAÇILARI
Bu sahədə praktiki bacarıqlarını müasir dünyanın tələbləri ilə genişləndirmək istəyən bazar araşdırmaçıları
2. İSTEHSALÇILAR
Yeni məhsul və ya xidmətini bazara təqdim etmək istəyən istehsalçılar

Top